Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türk millət vəkili: “Qüdsün paytaxt elan edilməsi yanlış qərardır”

İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Milliyyətçi Hərəkat Partiyasının İstanbuldan seçilən millət vəkili Əkmələddin İhsanoğlu ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı elan edilməsi qərarını şərh edib.

Yenicag.az-a açıqlamasında o, bunları söyləyib:

“Mən Məscid-i Aksada namaz qılan bir insanam. İƏT-də baş katiblik vəzifəsini icra etmədən əvvəl də müsəlmanların Qüdsü necə müqəddəs hesab etdiklərini yaxşı bilirdim. Yaxın Şərq regionunda vəziyyət onsuzda gərgindir, daha da gərginləşdirməyə ehtiyac yoxdur. Regionun əsas problemi terrorizmdir. Türkiyə də bu problemlə mübarizə aparmaq üçün əlindən gələni edir. Münaqişələrdən bezmiş və yorulmuş region insanı sülh və rifah istəyir. Prezident Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatını təcili toplamağa qərar verib. İnanıram ki, iclasın nəticələri effektiv olacaq”.

www.yenicag.az

1058
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS