Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Türk millət vəkili: “Regionda Türkiyəsiz heç bir siyasi həll mümkün deyil”  

Reklam: Sinerji Pro

Türkiyə Böyük Millət Məclisinin Müdafiə Komitəsinin üzvü, AKP-nin Manisadan seçilmiş millət vəkili Murat Baybatur Soçi görüşündən sonra gündəmə gələn Suriya böhranının siyasi həll yollarını Yenicag.az-a şərh edib:

Murat Baybatur

“2016-cı il dekabrın 20-də Moskvada Türkiyə, Rusiya və İran arasında razılaşma əldə olundu. Bununla da Suriya böhranının siyasi yolla həlli üçün əlverişli şərait yaradıldı. Sonrakı proseslərdə də Türkiyə daha çox aktivlik nümayiş etdirdi. Soçi görüşündən sonra prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu şəffaf mövqe bölgədə Türkiyəsiz heç bir siyasi həllin mümkün olmadığını bir daha sübut etdi. Həmçinin, terror təşkilatının siyasi həll mərhələsindən kənarda saxlanılmasının vacibliyi bir daha təsdiqləndi. Regionun tarixindən məsuliyyət daşıdığımız kimi bu günündən də cavabdehik. Bunu cənab prezidentimiz də dəfələrlə dilə gətirib. Çox sayda xəbərdarlıqlarımıza baxmayaraq müttəfiqlərimizin terror təşkilatına yardım etməsinin məntiqini başa düşmürük. Bununla belə, zaman Türkiyənin bu məsələdə sərt mövqe tutmasında haqlı olduğunu sübut edəcək. Türkiyə regiondakı problemlərin hansı yollarla həll oluna biləcəyini hamıdan yaxşı bilir. Cənab prezidentimiz də bundan bir neçə gün əvvəl qeyd etdi ki, siyasi həllə nail olmaq üçün qapılarımızı heç kimin üzünə bağlamayacağıq. Bu prosesdə həmsöhbətimiz terror təşkilatları yox, dövlətlər olacaq. Biz hər zaman Suriyanın torpaq bütövlüyünü dəstəkləmişik. Bundan sonra da öz mövqeyimizdə qalacağıq”.

www.yenicag.az

1087
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM