Türk nazirdən Fransa prezidentinə sərt sözlər: “Bir gün gələcək…”

Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi Fransa prezidenti Makronun Ərdoğan barədə sözlərinə münasibət bildirib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, nazir Ərdoğanın Makronla danışıqlar aparmasını lütf adlandırıb.

“Bütün yanlış təsəvvür yaratma cəhdlərinə baxmayaraq, Türkiyəyə qarşı hər cür xəyanət çevrələrinə qaşı mübarizə aparacayıq. Rəcəb Tayyip Ərdoğanın səninlə danışmasının bir lütf olduğunu unutma. Tərbiyə sərhədlərini aşan barbarlara və xəyanətkarlara qarşı mübarizə aparan prezidentimizdən Allah razı olsun, Allah ona səbr versin. Bizlər səbr etməkdə çətinlik çəkirik, amma o bunu bacarır. Bir gün gələcək xatirələrini danışanda Rəcəb Tayyip Ərdoğanla danışmışdım deyib lovğalanacaqsan.”

Qeyd edək ki, Makron prezidentliyin düşünüldüyü qədər yaxşı bir şey olmadığını söyləmişdi. Jurnalist ondan misal göstərməsini istəyəndə isə, on gündən bir Ərdoğanla danışmaq məcburiyyətində olduğunu söyləmişdi.

Yenicag.az

COP29