!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk Nobel mükafatçısından ÜSYAN: “Məni kimlərəsə “daydayılıq” etmək üçün axtarırlar”

!Reklam – Yazi

Nobel mükafatçısı Əziz Səncər müəyyən insanlara himayədarlıq xahişlərilə üzləşdiyini deyib.

Yenicag.az xəbər verir ki, texnoloji festivalda (TEXNOFEST) iştirak üçün Türkiyəyə gələn Əziz Səncər bu barədə “Sözcü”yə müsahibəsində danışıb.

Səncərin sözlərinə görə, siyasətçilərin elmə, alimlərin isə siyasətə qarışmaları doğru deyil:

“Siyasətçilər elmdən kənarda qalsınlar, elm adamları da siyasətə qarışmasın. Elmə ləyaqətə əsaslanan dəstək verilməlidir. Laboratoriya şəraiti, iş imkanları, professor rütbəsinin verilməsi kimi məsələlərdə “qohumun, dost-tanışın oğlu-qızıdır” kimi yanaşmalardan əl çəkilməlidir.

Mənim özümü də tanışların oğluna, ya qızına “daydaylıq” etmək üçün axtarırlar. Bu hal davam etdikcə biz irəli gedə bilmərik. “Dayday”sız, ləyaqətə dayanan elm olmasa, Türkiyənin irəliləməsi mümkün deyil.

Ləyaqət sözünü böyük hərflərlə yazmalıyıq. Ləyaqətli alimlərə sayğı göstərilməlidir, onlar narahat edilməməlidir. “Sən xərçəng xəstəliyini müalicə et”, “COVID-in çarəsini tap”, – deyə alimlərə təzyiq edilməməlidir”.

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv