Türk Ordusu 6 PKK terrorçusunu məhv etdi

Türkiyə Ordusu İraqın şimalındakı Qara bölgəsində 6 PKK terrorçusunu zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

“İraqın şimalındakı Qara bölgəsində 6 PKK terrorçusu zərərsizləşdirilib. Qəhrəman Türk Silahlı Qüvvələrimiz terror yuvalarını qətiyyətlə məhv etməyə davam edəcək”, – nazirliyin “Twitter” hesabında qeyd olunub.