Türk ordusu Əl-Bab-a girdi – İŞİD-ə sarsıdıcı zərbə

elbabTürkiyə ordusunun Suriyada həyata keçirtdiyi “Fərat qalxanı” çərçivəsində bu ölkənin şimalındakı Əl-Bab şəhəri uğrunda gedən döyüşlərdə İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinə ağır zərbə endirilib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Əl-Bab şəhərinin azad edilməsi zamanı İŞİD-in təqribən 45 yaraqlısı məhv edilib, onlarla sığınacağı dağıdılıb. Türk ordusu bu döyüşlərdə 4 şəhid verib, 15 əsgər yaralanıb. Əl-Babın mərkəzinə daxil olan türk əsgərləri döyüşü davam etdirirlər.

Yeniçağ.Az