Türk ordusu PKK-ya qarşı hava zərbələrini davam etdirir

a1cd22854bd020456d16c1e8b2be90bbTürkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının düşərgələrinə hava zərbələri endirməkdə davam edir.

Yenicag.az xəbər verir ki, dünən axşam saatlarında Diyarbəkrdən havaya qalxan pilotsuz təyyarələr sərhəddə yerləşən Hakurk bölgəsini bombalayıb. Həmin ərazidə PKK-nın logistik bazaları yerləşir.

Bundan başqa, Metina və Haftanin əraziləri də havadan atəşə tutulub. Həmçinin, terrorçuların ölkə daxilindəki mövqelərinə də zərbələr endirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri artıq 4 gündür, PKK və İŞİD terror təşkilatlarına qarşı əməliyyatlar keçirir.