Türk Ordusu şəhidlərinin qisasını belə aldı – FOTO

Türkiyə Silahlı Qüvvələri Şırnakda terrorçulara qarşı keçirilən əməliyyatda 5 terrorçunu zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Savilo sosial şəbəkədə məlumat verib.

“Şəhidlərimizin qisasını aldıq. Terror bitənə qədər davam edəcəyik”, – deyə nazir açıqlayıb.

Qeyd edək ki, bölgədə həyata keçirilən əməliyyatda terrorçularla atışma nəticəsində 5 əsgər şəhid olmuşdu.