Türk ordusu Suriyada 10 terrorçunu məhv etdi

Suriyanın şimalında “Barış bulağı” və “Zeytun budağı” əməliyyat bölgələrinə soxulmağa cəhd edən 10 terrorçu zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçuların PKK/YPG üzvləri olduğu deyilir.