Türk ordusu Suriyaya girdi – Video

thumbs_b_c_5269c13e7fd458fe1e81606c2cfcf26bTürkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə bu gün Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.

Bu barədə AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

“Türkiyə ordusu, koalisiyanın hava qüvvələri Suriyada Cerablsun İŞİD-dən təmizlənməsi üzrə hərbi əməliyyata başlayıb”, – deyə məlumatda bildirilir.

Əməliyyat Türkiyə sərhədlərinin terror qruplaşmalarından təmizlənməsi və Suriyanın ərazi bütövlüyünə dəstəyə yönəldiyi də bildirilir.

Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələrinin Cerablusda İŞİD-in mövqelərinə zərbələr endirib.