Türk ordusuna atəş açan 4 terrorçu məhv edildi

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 4 YPG (PKK-nın Suriya qanadı) terrorçusunu zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular atəş açaraq “Barış Pınarı” əməliyyatı zonasına daxil olmağa cəhd ediblər.