Türk ordusundan PKK-ya zərbə – 3 terrorçu məhv edildi

Türkiyə ordusu İraqın şimalında yerləşən Hakurk rayonunda hava əməliyyatı keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində yerləri müəyyən edilən 3 PKK terrorçusu məhv edilib. Bölgədə əməliyyatların davam edəcəyi bildirilir.