Türk ordusu PKK-ya qarşı əməliyyat keçirib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib: “2 əsgərimizi şəhid edən terrorçulara məxsus 4 hədəf vuruldu. Əməliyyat nəticəsində 8 terrorçu məhv edildi”.
Xatırladaq ki, PKK-çıların İraqın şimalında yerləşən Sinat-Hafta bölgəsində türk əsgərlərinə hücum etməsi nətibəsində 2 türk əsgəri şəhid olub, 2-si yaralanmışdı.