Türk professorlardan vacib araşdırma – Bu xərçəng növləri sağala bilər

Erkən dövrdə diaqnozu qoyulan süd vəzisi, bağırsaq və uşaqlıq boynu xərçəngi müalicə ilə sağala bilər.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Trakya Universitetinin Tibb Fakültəsi Radiasiya Onkologiyası Bölümünün rəhbəri, professor Cüm Uzal deyib.

“Bəzi xərçəng növlərinin müalicəsi çox çətindir. Amma geniş yayılmış xərçəng növlərinin müalicəsi müsbət nəticələr verir. 40 yaşdan sonra 8 qadından biri süd vəzisi xərçənginə yaxalana bilər. Bu gün bir çox belə xəstə müalicə alıb uzun illər yaşaya bilir. Bunları deyirik, amma maarifləndirmə işini artırmaq lazımdır.

Digər bir əhəmiyyətli mövzu isə uşaqlıqda yaranan xərçəngdir. Bu xərçənglərin 90 faizdən çoxu müalicə ilə sağala bilər”./publika.az/

COP29