Türk sənətçisi məşhur Azərbaycan mahnısına KLİP ÇƏKDİRDİ – VİDEO

 

Türkiyənin tanınmış  nəfəsli alət ifaçısı Özge Türkmen dünyanın əksər ölkələrində şöhrət qazanan məşhur Azərbaycan musiqisi “Bayatılar”ı repertuarına daxil edib.

Yenicag.az xəbər verir ki, sözləri Xalq şairi Vahid Əzizə, musiqisi bəstəkar Eldar Mansurova məxsus olan məşhur bəstənin ekran versiyası da ərsəyə gəlib. Klipin rejissoru Fatih Kurutdur.

Klip qısa müddətdə “Yutub” sosial şəbəkəsində izləmə rekordu qırıb.

Qeyd edək ki, bu mahnını Sezen Aksu “Zalim” kimi tanıdıb. Mahnını Türkiyənin də məşhur müğənniləri ifa edib. Növbəti dəfə “Bayatılar”ı Özge Türkmen ifa edərək, izləyici toplayıb.

 

Cəvahir

COP29