!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk şirkəti Gürcüstan səfirinə məktub yazdı: “Bu, təxribatdır”

!Reklam – Yazi

Gürcüstanda erməni terrorçu Mixail Avaqyana abidə qoyulmasına türk iş adamları da biganə qalmayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən “Sinerji Pro” şirkəti Axalkalaki şəhərində baş verən hadisə ilə bağlı Gürcüstanın Bakıdakı səfirliyinə müraciət edib.

Şirkətin prezidenti Ufuk Aydının imzası ilə səfir Natia Tsereteliyə ünvanlanan məktubda mövcud durumdan məyusluq ifadə olunub. Ufuk Aydın Qarabağın işğalı zamanı ermənilər tərəfindən günahsız insanların qətlə yetirilməsini xatırladıb. İş adamı məktubunda bunun təxribat olduğunu qeyd edib. O bildirib ki, bu addım Gürcüstan torpaqlarında sabitliyi pozmaq üçün atılıb. Ufuk Aydın təxribatla bağlı tədbir görüləcəyinə inandığını bildirib.

Ufuk Aydın qeyd edib ki, sabah başqa bir qrup Hitlerə abidə qoymaq istəyərsə, Gürcüstan hökuməti buna da səssiz qalacaq: “Terrorçu qatillər arasında fərq qoyulmamalıdır”.

www.yenicag.az

5475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv