“Türk solu” seçki öncəsi birləşir

politika-haberler-kilicdaroglu-perincek-ile-gorustu-677911 noyabrda seçkilərin olması Türkiyədəki partiyaların ittifaq arayışına səbəb olub. Ərdoğanın qurduğu AKP Ərbakanın yaratdığı “Səadət” Partiyası ilə əməkdaşlığın yollarını arayır.

Bu gün isə sol cəbhədə önəmli bir görüş keçirilib. İstanbulda təşkil olunan toplantıda Cümhuriyyət Xalq Partiyası ilə Vətən Partiyası liderləri bir araya gəlib. CXP başqanı Kamal Kılıçdaroğlu ilə görüşən Vətən Partiyasının sədri Doğu Perincək qarşıdan gələn seçkilərdə birlikdə hərəkət etməyi  müzakirə ediblər.

Qeyd edək ki, solçu yazarlar müdafiə etdikləri düşərgəyə “birlik” çağrısında bulunublar.

Bununla da, digər sol partiyalara verilən və barajı keçmədiyi üçün nəzərə alınmayan səs itkisini önləmək istəyirlər.

CXP-nin Vətən Partiyasından sonra DSP, TKP və digər solçu partiyalarla da bir araya gələcəyi bildirilir.