“Türk Şurasının VII Zirvə Toplantısı ən kritik işbirliyi mexanizmidir” – Ərdoğan

“Ortaq əməkdaşlıq layihələri nəticəsində iqtisadi əməkdaşlıqlarımıza mane olan əngəlləri aradan qaldırır və ölkələrimiz arasındakı məsafələri qısaldırıq”.

Yenicag.az xəbər verir ki, bunu Dünya Türk İş Şurasının Toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, dövrümüzdə eyni coğrafi mühiti bölüşən, eyni mədəniyyətə sahib olan və eyni dili danışan millətlərin müştərək platformada və layihələr çərçivəsində birləşməsi müşahidə olunur. Bu baxımdan sabah baş tutması gözlənilən Türk Şurasının VII Zirvə Toplantısı ən kritik işbirliyi mexanizmidir.

Gülşən Şərif