Türk taksi sürücüsündən azərbaycanlı qadına qarşı örnək davranış

Türkiyəli taksi sürücüsü örnək davranışı ilə diqqət çəkib.

Yenicag.az xəbər verir ki, azərbaycanlı qadın Sabiha Gökçen hava limanından Ertuğrul Dumanın taksisinə əyləşib.

Eminönünə gedən həmyerlimiz telefonunu və pul qabısını maşında unudub.

Taksi sürücüsü isə geri qayıtdıqdan sonra bunun fərqinə varıb. Maşında unudulan telefonu açan sürücüsü yenidən 40 km məsafəni qət edərək qadının əşyalarını qaytarıb.

Qeyd edək ki, azərbaycanlı qadının telefonunun dəyəri 10 min türk lirəsi dəyərində olub. Onun pul qapısında isə 6400 TL olub.

Sürücü davranışına görə aidiyyatı qurumdan təşəkkür plaketi də alıb.