“Türk Telekom”un 3 yüksək vəzifəli işçisi tutuldu

arrest_1111142-300x225Türkiyədə Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində “Türk Telekom” dövlət telekommunikasiya şirkətinin 3 yüksək vəzifəli əməkdaşı saxlanılıb.

Trend-in DHA agentliyinə istinadən verdiyi məlumata görə, həmin şəxslərin adı dəqiqləşdirilmir.

Qeyd edək ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd edilib.