!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türk zabitindən amerikalı polkovnikə sillə kimi etiraz – Medaldan imtina etdi

!Reklam – Yazi

ABŞ-ın terrorçu PKK-nın Suriya qolu olan YPG-yə ağır silahlar verməsinin doğurduğu rezonans səngimir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Adanada yerləşən “İncirlik” hərbi bazasında vida və mükafatlandırma mərasimi keçirilib.

Kevin Leahy adlı amerikalı polkovnik “Koalisiya qüvvələrində” göstərdiyi xidmətlərə görə türk zabitə medal təqdim edib.

Çıxış üçün söz verilən türk zabiti medalı almaqdan imtina edərək bunları deyib: “Sizi incitmək və ya üzmək istəmirəm. Lakin bu medalı qəbul etməyim mümkün deyil. Çünki bu medalı verənlər mənim düşmənim olan YPG ilə əməkdaşlıq edir. Qürurum bu medalı qəbul etməyimə imkan vermir”.

Daha sonra zabit mərasimi tərk edib.

Yeniçağ.Az

www.yenicag.az

902
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv