Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozab sürücü görüntülənib.
Yenicag.az Avtosfer.az-a istinadən xəbər verir ki, 99-SN-222 dövlət nömrə nişanlı “Mercedes G320” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, o, dəfələrlə “sağ-sol” edərək təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarıb və təkər izləri buraxıb. Eyni zamanda sürücü döngəyə sərt daxil olaraq həm özünü, həm də maşındakı sərnişini təhlükəyə atıb.
Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər.