Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu start götürdü

Bu gün Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirilir.

Yenicag.az xəbər verir ki, forumda dövlət qurumları və özəl şirkətlərin mətbuat katibləri, PR mütəxəssisləri, o cümlədən ictimaiyyət və media nümayəndələri iştirak edirlər.

Forum Azərbaycan Dövlət Himninin səsləndirilməsiylə başlayıb.

Daha sonra çıxış edən APRA-nın sədri İlham Məmmədzadə forumun ölkəmizdə ictimaiyyətlə əlaqələrə töhfə olacağını bildirib. Təşkilatçı foruma qatılan qonaqların paylaşacağı təcrübələrinin faydalı olacağını qeyd edib.

Qeyd edək ki, 200-ə yaxın qonağın olduğu tədbirin media dəstəkçilərindən biri “YeniÇağ” Media Qrupudur. Formun platinium sponsoru isə “Sinerji PRO” şirkətidir.

Emin

COP29