Türkdilli ölkələrin baş prokurorları arasında görüş keçiriləcək.
Yenicag.az-ın məlumatına görə, bunu Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin Azərbaycanın Baş Prokurorluğunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, görüşün bu ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulub.