PKK terrorçuları Türkiyə-İran sərhədində, İğdır vilayətində hərbi hissəni minaatanlardan atəşə tutublar.
Yenicag.az-ın məlumatına görə, bundan sonra terrorçularla türk hərbçilər arasında atışma başlayıb.
İnsident nəticəsində bir hərbi qulluqçunun yaralandığı bildirilir.
Qeyd edək ki, 2018-ci ilin əvvəlindən ölkə ərazisində PKK-ya qarşı 87 838 əməliyyat keçirilib, 289 terrorçu məhv edilib. 2017-ci ildə 380, cari ildə isə 343 PKK-çı təslim olub./Trend/