Türkiyə 2 şəhid verdi, ordu İraqın daxilinə doğru 26 kilometr irəlilədi

İraqın şimalında yol tikintisi zamanı PKK terrorçuları tərəfindən Türkiyənin hərbi iş maşınına minaatanlardan hücum olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb. Hücum nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər ağır yaralanıb.

Bu arada Türkiyə qoşunları İraqın şimalında ölkənin daxilinə doğru 26 kilometr irəliləyib. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soyluya istinadən “Anadolu” məlumat yayıb: “Əsgərlərimiz Şimali İraqda 26-27 kilometr irəliləyib. Qandilə (İraqda şəhər – red.) az qalıb, biz bu xain quruluşu boş buraxmayacağıq”.

Qeyd edək ki, İraqın şimalında yerləşən Qandil şəhərində PKK terror təşkilatının bazası yerləşir.

COP29