“Türkiyə 2026-cı ildə inkişaf etmiş ölkələr kateqoriyasına girəcək” – Nazir

“Türkiyə 2026-cı ildə inkişaf etmiş ölkələr kateqoriyasına girəcək”.

Yenicag.az xəbər verir ki, bunu Dünya Türk İş Şurasının 10-cu Qurultayında çıxışı zamanı Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.

“Maliyyə və pul siyasəti harmonik şəkildə yürüdüləcək. Çünki inflyasiya ilə mübarizə sadəcə pul siyasəti ilə aparılacaq mübarizə deyil”, – deyə nazir bildirib.