Türkiyə 5 şəhid verdi

Türkiyədə PKK terrorçu qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 5 nəfər şəhid olub.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həlak olanlardan 4-ü əsgər, bir nəfər isə kənd qarovuludur.

Vanda üç TIR-ın terrorçular tərəfindən yandırılmasından sonra başladılan əməliyyatlar zamanı 3 əsgər və bir kənd qarovulu şəhid olub, 4 əsgər isə ağır yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıb.

Türkiyə ordusunun daha bir əsgəri Hakkaridə şəhid olub.

Əməliyyatlar zamanı 12 terrorçu məhv edilib.

Yenicag.az