Türkiyə 53 min 99 suriyalıya vətəndaşlıq verib.
Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
O bildirib: “53 min 99 suriyalı Türkiyə vətəndaşı olmaq hüququ qazanıblar və martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsvermədə iştirak edəcəklər”.
Nazir qeyd edib ki, bələdiyyə seçkilərinin təhlükəsizliyini 547 min polis təmin edəcək.