Türkiyə koronavirus pandemiyası ilə mübarizə üçün ABŞ-a tibbi ləvazimatlar göndərəcək.
Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan bildirib: “Sabah ABŞ-a tibbi maska, üz maskaları, N95 maskası, qoruyucu geyim və dezinfeksiyaedici maddələr daxil olan tibbi yardım göndərəcəyik. Hərbi nəqliyyat təyyarələri sabah ABŞ-a uçacaq”.
Türkiyə prezidenti əlavə edib ki, ölkə artıq 55 ölkəyə tibbi yardım göstərib.