Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Türkiyə ABŞ-ın milli strategiyasını pozdu” – Salih Yılmaz

Reklam: High Technic

“Ankaranın bu plana qarşı çıxması ilə Türkiyə Amerikanın əsas hədəfinə çevrildi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ABŞ-ın 50 illik dövrü əhatə edən strateji planlarında Türkiyənin yerini və Ankaranın əks-gedişlərini dəyərləndirən politoloq Salih Yılmaz deyib.

Salih Yılmazın sözlərinə görə, ABŞ-ın Türkiyəyə yönəlik hücumlarını dayandırmasının ən bariz təsdiqi Amerika qoşunlarının Suriyadan tamamilə çıxarılması ola bilər:
“ABŞ-da 1998-ci ildə qəbul edilmiş “Amerikanın yeni əsr üçün Milli strategiyası” adlı sənəddə Vaşinqtonun 2050-ci ilə qədər olan dövrə qədər Yaxın Şərq siyasətinin istiqamətləri əks olunub. Həmin sənəddə Türkiyə regionun “əsas oyunçusu” kimi nəzərdə tutulurdu.

Başqa sözlə, ABŞ Türkiyəni Xəzər neftinin Qərbə nəqli, Böyük Yaxın Şərq layihəsinin icrası, Türkiyə, İran, İraq və Suriyanın qovşağında kürd dövlətinin yaradılması və həmin dövlətin İsraillə əməkdaşlıq etməsi məsələlərində əsas tərəfdaş kimi görürdü. Ankaranın bu plana qarşı çıxması ilə Türkiyə Amerikanın əsas hədəfinə çevrildi.

Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdə Türkiyə ilə razılaşdırmadan yürütdüyü siyasət Vaşinqtonun regionda təklənməsinə və bir sıra çətinliklərlə üzləşməsinə səbəb oldu. Yəni Türkiyə ABŞ-ın milli strategiyasını pozdu

Türkiyə 2004-cü ildə ABŞ-ın Trabzon və Samsun şəhərləri yaxınlığında, o cümlədən, İsgəndərun ətrafında NATO hərbi bazalarının yaradılması təklifini rədd etdi. Bundan başqa, Türkiyə NATO gəmilərinin Dardanel boğazından xəbərdarlıq etmədən keçmələrinə icazə vermədi. Bu və digər məsələlərdən sonra ABŞ Türkiyəni “cəzalandırmaq” üçün PKK-PYD kimi terror qruplaşmalarını dəstəkləməyə başladı.

Ancaq indiki vəziyyətdə ABŞ-ın Türkiyəyə yönəlik hücumlarını dayandırmasının ən bariz təsdiqi Amerika qoşunlarının Suriyadan tamamilə çıxarılması ola bilər. Yəni Vaşinqton bununla Ankaranın müstəqil siyasət yürütdüyünü qəbul edəcək”.

A.Zeynalov

www.yenicag.az

1853
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS