!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə ABŞ sanksiyalarına cavab verdi - "Terrordan daha təhlükəli deyil"

!Reklam – Yazi

Sanksiya təhlükəsi sərhəddən gələn terror təhlükəsindən daha ciddi deyil. 

Yenicag.az xəbər verir ki, Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay bu sözlərlə ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına cavab verib.

“Sanksiya təhlükəsi sərhəddən gələn terror təhlükəsindən daha ciddi deyil. Bir sözlə, kim nə deyir desin, nə edir etsin, biz bölgəni terrordan təmizləmək üçün qərarlıyıq” – deyə, Oqtay bildirib.

Qeyd edək ki, Donald Tramp Türkiyəni öldürücü sanksiyalarla hədələyib: “Polad ixracına olan gömrük rüsumu 50% olaraq artırılacaq. 100 milyard dollarlıq birgə layihələr ləğv ediləcək”.

Buna qarşılıq olaraq, Fuad Oqtay İngiltərənin “Sky News” kanalına bildirib: “Bir terror qrupu ilə görüşə bilməz və onlarla razılaşmalar həyata keçirə bilməzsiniz. Bu real addım deyil. Terrorla mübarizə aparan bir ölkə var. Siz bizdən mübarizəni dayandırıb terrorçularla masada görüşməyimizi gözləyirsiniz? ABŞ və İngiltərənin PKK/YPG ilə işbirliyi içində olması acınılası bir haldır. Ümid edirəm, yalnış bir anlaşılma və ya onların kimliyinin düzgün dərk edilməməsi kimi bir hal var. Əks təqdirdə müttəfiqlərimizin terror qrupları ilə müttəfiqlik etmək ehtimalını düşünmək istəmirik.”

“Türkiyə 4 milyona yaxın miqranta ev sahibliyi edir. Bizi hər kəs anlamalıdır. Rejim İdlibə hücum edərsə daha 3 milyon miqrant gələcək” – deyə, Oqtay xatırlaadıb.

Türkiyənin sivilləri hədəf alması barədə iddialara cavab verən Oqtay, “Əməliyyatların tamamlanması bir nüeçə gün çəkə bilər. Ancaq sivillərin təhlükəsizliyi barədə çox diqqətli davranırıq” – deyə, əlavə edib.

Həşim Səhrablı 

www.yenicag.az

1052
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv