Türkiyə açıqladı: Afrində 113 hədəfdən 108-i məhv edilib

Türkiyə Silahlı Qüvvələri əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə SQ Baş Qərargahının məlumatında bildirilir. Qeyd olunur ki, saat 19:30-a olan məlumata görə, PYD-yə məxsus 113 hədəfdən 108-i məhv edilib. Ölən və yaralananların hamısı terror təşkilatların üzvüdür.

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18:00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

COP29