Türkiyə Afrində daha bir şəhid verdi

Türkiyə Suriyanın Afrin bölgəsində terrorçularla mübarizə çərçivəsində daha bir şəhid verib.

Yenicag.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin əsgəri Mehmet Muratdağı şəhid olub.

Qeyd edək ki, bu, əməliyyatların dördüncü günü ərzində ikinci şəhiddir. Ötən gün Türkiyə ordusu daha bir şəhid vermişdi.