!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə aldadıldı” iddialarına REAKSİYA: “Əldə olunmuş razılığa əməl edilməyəcəksə...” – Toğrul İsmayıl

!Reklam – Yazi

“İsveç və Finlandiyanın öz üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyəcəkləri ehtimalı da var”.

Bu fikirləri Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verməsindən sonra ortaya atılan rəsmi Ankaranın Qərb tərəfindən aldadıldığına dair iddiaları şərh edən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, İsveç və Finlandiya Türkiyə ilə anlaşmanı pozaraq terrorçu PKK-ya dəstəyini davam etdirərsə, Ankaranın buna effektli qarşılıq verəcəyi aksiomdur:

“Madriddə gerçəkləşən məlum anlaşmaya, ilk növbədə, bu prinsipdən yanaşılmalıdır ki, istənilən dövlətlər arasında münasibətlər onların imzaladıqları sazişlər əsasında tənzimlənir.

Bildiyiniz kimi, Türkiyə terrorçu PKK mənsublarına sığınacaq verən, onlara müxtəlif yardımlar göstərən İsveç və Finlandiyanın NATO üzvlüyünə mane olmamaq üçün öz şərtlərini irəli sürmüşdü.

O şərtlər bundan ibarət idi ki, həmin Skandinaviya ölkələri terrorçulara dəstəyi dayandırmalı və NATO üzvü olan Türkiyənin təhlükəsizlik məsələlərini nəzərə almalıdırlar. Bu istiqamətdə bir müddət davam etmiş müzakirələr dünən Madriddə məlum anlaşmanın təsdiqlənməsi ilə nəticələndi.

Təbii, istər Türkiyədə, istərsə də İsveç və Finlandiyada buna fərqli münasibətlər bildirilir. Türkiyənin “aldadıldığını” düşünənlərlə yanaşı, İsveç və Finlandiyada da “Türkiyənin onları yerində oturtduğu” kimi düşünənlər var. Amma kimin nə söyləməsindən asılı olmayaraq, dövlətlər öz münasibətlərini belə sazişlərlə nizamlayırlar.

Əlbəttə, İsveç və Finlandiyanın öz üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyəcəkləri ehtimalı da var. Bunu heç kim istisna etmir. Bununla belə, əldə olunmuş razılaşmaya əməl edilməyəcəksə, o zaman Türkiyə də malik olduğu müəyyən təsir rıçaqlarını işə salacaq”.

A.Zeynalov

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv