Türkiyə-Almaniya gərginliyində yeni detal: AKP üzvünün qatili sərbəst buraxıldı

2015-ci il avqustun 31-də qətlə yetirilən AKP Diyarbəkir vilayət təşkilatı gənclər komitəsinin sabiq sədri Yunus Kocanın qatili M.S.F. Almaniyada azadlığa buraxılıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Yunus Kocanın qətlində şübhəli bilinən şəxslərdən B.B. və M.A. həbs olunsalar da ölkədən qaçmağa nail olan M.S.F. barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib.
Görülən tədbirlər nəticəsində M.S.F. ötən il dekabrın 13-də Almaniyanın Köln şəhərində yaxalanıb.Bundan sonra isə onun Türkiyəyə təhvil verilməsi üçün prosedurlara başlanılıb.

Lakin M.S.F. bir müddət əvvəl gözlənilmədən azadlığa buraxılıb. Bu olay münasibətləri onsuz da gərginləşən Türkiyə ilə Almaniya arasında yeni narazılığa səbəb olub. Bu məsələdə Türkiyəni haqlı görən İnterpol Almaniyanı sözügedən şübhəlini ölkəsinə təhvil verməyə çağırıb.

Yeniçağ.Az

COP29