!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə Almaniyadan Adil Öksüzü tələb edir – Ankaradan diplomatik həmlə

!Reklam – Yazi

FETÖ terror şəbəkəsinin əsas simalarından biri olan Adil Öksüzün Almaniyada olmasına dair xəbərlər intensivləşib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Almaniyaya ünvanladığı notada Adil Öksüzün bu ölkəyə gəlməsinə dair məlumatların araşdırılması, onun adıçəkilən ölkədə olduğu təqdirdə yaxalanaraq, ekstradisiyası tələb olunub.

Öksüzün Almaniyada olması haqda xəbərlərə münasibət bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunları deyib:

“FETÖ fərarisi Adil Öksüzün Almaniyada olduğuna, hətta harada yaşadığına dair bəzi məlumatlar yayılıb. Biz də Xarici İşlər Nazirliyi olaraq, Almaniyaya nota verdik. Həmin şəxsin Almaniyada olduğu dəqiqləşərsə, yaxalanaraq, Türkiyəyə təhvil verilməsini istədik”.

Qeyd edilir ki, FETÖ-nun Türkiyə Hərbi Hava Qüvvələrindəki imamı, 15 iyul çevriliş cəhdindən sonra axtarışa verilən Adil Öksüzün Almaniyada olduğu bildirildikdən sonra Ankara onun yaxalanması üçün yüksək səviyyədə diplomatik həmləyə keçib.

Türkiyənin Almaniyaya verdiyi notada Adil Öksüzün 15 iyul çevriliş chdinin əsas fiqurlarından biri olduğu diqqətə çatdırılıb və onun həmin ölkədə tapılacağı halda, Türkiyəyə göndərilməsi tələb edilib.

Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında isə Öksüzün bu ölkəyə gəldiyinə dair məlumatlarının olmadığı iddia olunsa da, Türkiyə bu bəyanata inanmır.

Xatırladaq ki, Türkiyə mediasında Almaniyada yaşayan türk əsilli vətəndaşların Adil Öksüzü Frankfurt və Ulm şəhərlərində gördükləri, FETÖ “imam”ına Baden-Vürttemberg bölgəsində müvəqqəti yaşamaq hüququ verildiyi barədə məlumatlar yayılıb.

Yenicag.Az

www.yenicag.az

972
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv