Türkiyənin yeni “Fatih” seysmik-kəşfiyyat gəmisi Aralıq dənizində neft və qaz axtarışlarına başlayıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, gəmi kəşfiyyat işlərinin aparılması üçün bu gün suya salınıb.
Həmçinin, yaxın aylarda Mersin vilayətində quruda neft və qaz axtarışlarının başlanması planlaşdırılır.
Qeyd edək ki, 2014-cü ilin aprelində Türkiyədə meşə və milli parklarda neft axtarışlarına icazə verən qanun qüvvəyə minib.