Türkiyə Aralıq dənizində neft və qaz axtarışına başlayacaq.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii resurslar naziri Fatih Dönməz söyləyib.
Məlumata görə, tədqiqat işlərinin aparılması üçün fevralın 20-də kəşfiyyat gəmisi Aralıq dənizinə göndəriləcək.
Qeyd edək ki, bundan əvvəl Türkiyə rəsmiləri 2019-cu ilin ortalarınadək Qara dənizdə neft və qaz axtarışlarının uğurlu nəticələncəyinə ümid etdiyi bildirib.