Futbol üzrə 2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək üçün Türkiyə də namizədliyini irəli sürüb.
Yenicag.az xəbər verir ki, TFF-nin prezidenti Yıldırım Demirören UEFA-nın mənzil-qərargahında bütün lazımi sənədləri UEFA-nın birinci katibi Teodor Teodoridisə təqdim edib.
Qeyd edək ki, bundan əvvəl Almaniya AVRO-2024-ə namizədliyini irəli sürüb.