Türkiyə Avropanı dağıdacaq? – Hesabat

Türkiyənin getdikcə daha müstəqil xarici siyasət yürütməsi NATO üçün ciddi təhdid yarada bilər.

Yeniçağ.az-ın məlumatına görə, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin “Qlobal Trends” hesabatında bildirilib.

“Türkiyənin getdikcə daha müstəqil və çoxşaxəli xarici siyasət yürütməsi ən azı orta dövr üçün Avropanın dağılma meyllərini sürətləndirəcək. Bu vəziyyətin NATO-AB birliyi üçün bir təhdid yaradacağı qaçılmazdır”, – yazıda qeyd olunub.

Qeyd edək ki, son dövrlər Avropa siyasətçilərinin Türkiyə hakimiyyəti əleyhinə kəskin ifadələr işlətməsi adi hal alıb.

Yeniçağ.az