Türkiyə-Azərbaycan birgə təlimləri davam edir – VİDEO

Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” təlimləri davam edir.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər. Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib.

Qeyd edək ki, təlimlər fevral ayının 12-dək davam edəcək.