!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumunun yaradacağı AVANTAJ - "Bu şəxslər də universitetə imtahansız qəbul ola biləcək" / ŞƏRH

!Reklam – Yazi

“Peşə təhsili üzrə ölkəmizdə təhsil alan şəxslərin gələcəkdə ali təhsil müəssisələrinə imtahansız qəbuluna imkan yaradılacaq”.

Bunu Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumunun yaradılmasına münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Elçin Əfəndiyə görə, Azərbaycanla Türkiyənin təhsil sahəsində qarşılıqlı əməkdaşlığı gələcək üçün böyük perspektivlər vəd edir:

“Azərbaycanla Türkiyə arasında siyasi, sosial, iqtisadi və digər sahələrlə paralel olaraq, təhsil sahəsində də müvafiq addımlar atılır. Bu, təhsilin inkişafı üçün mütərəqqi addımlar olacaq. Göründüyü kimi, hazırda peşə təhsili ilə bağlı Türkiyə təcrübəsinin tətbiqi nəzərdə tutulur. Bu tətbiqetmə gələcəkdə peşə təhsilinə marağın daha da artmasına və eyni zamanda həmin şəxslərin istər Türkiyə, istərsə də Azərbaycanda aldıqları peşə təhsili üzrə əmək bazarına çıxmasına şərait yaradacaq. Bununla yanaşı, peşə təhsili üzrə ölkəmizdə təhsil alan şəxslərin gələcəkdə ali təhsil müəssisələrinə imtahansız qəbuluna imkan yaradılacaq. Böyük ehtimalla bu şəxslərə subbakalavr dərəcəsi veriləcək. Ümumilikdə bu faktlar onu deməyə əsas verir ki, qarşıdakı dövr ərzində peşə təhsili üzrə müəyyən inkişafa nail olacağıq”.

Qeyd edək ki, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planına əsasən, Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumu yaradılacaq. Sənəddə qeyd edilib ki, 2021-ci ildə Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumu Əsasnaməsi qarşılıqlı razılaşma ilə tamamlanacaq və imzalanacaq. Bu işlərin həyata keçirilməsi Azərbaycan və Türkiyənin Təhsil nazirliklərinə tapşırılıb.

Gülşən Şərif

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv