Türkiyə, Azərbaycan və Gürcüstan arasında Üçtərəfli Komitə yaradılır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti, Azərbaycan hökuməti və Gürcüstan hökuməti arasında gömrük məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında” protokolu təsdiqləyib.

Yenicag.az bu barədə “Resmi Gazete”yə istinadən məlumat verir.

Tərəflər arasında bütün müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı Komitə və onun işçi qrupları çərçivəsində həyata keçirilir.

Komitə Tərəflər arasında gömrük məsələləri üzrə əməkdaşlığı əlaqələndirir, təşviq və inkişaf etdirir, eləcə də əsaəs əməkdaşlıq sahələrini və istiqamətlərini müəyyən edir

Xatırladaq ki, sənəd 2021-ci il oktyabrın 8-də imzalanıb.