!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyə Azərbaycana kömək edərsə, biz nə edəcəyik?” - Ermənilər təlaş içində

!Reklam – Yazi

Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, bu günlərdə Ankaradan səslənmiş bəyanatlar erməni tərəfini ciddi narahat etməyə başlayıb. Buna erməni politoloqu Ayk Martirosyanın fikirləri şahidlik edir.

Yenicag.az erməni KİV-nə istinadən xəbər verir ki, politoloq Martirosyan prezident Ərdoğanın və Putinin Ankara görüşünü şərh edərkən maraqlı məqamlara toxunub. O, qeyd edib ki, bu görüş Rusiya-Türkiyə münasibətlərinin istiləşməsinə gətirib çıxarır.

“Bir halda ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması özünün maksimum həddinə çatır, bu, Ermənistanı təşvişə salmaya bilməz” – deyə o, bildirib.

Qarabağ münaqişəsinə toxunan politoloq, həmçinin qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması, Qarabağda toqquşma olacağı təqdirdə praktik olaraq Türkiyənin bilavasitə münaqişədə iştirakına gətirib çıxaracaq. Söhbət Rusiyanın buna etiraz etməməsindən gedir.

“Əlbəttə, münaqişədə Türkiyənin hərbi iştirakı açıq şəkildə olmayacaq, lakin bu dəstək dolayısı yolla olsa belə, bu, Ermənistan üçün ciddi problemdir və bu zaman Ermənistan nə ilə cavab verəcək?” – deyə o, narahatlığını gizlətməyib.

Zaur H.

www.yenicag.az

1933
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv