Türkiyə Azərbaycana sement ixracını artırdı

Türkiyə 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycana sement və şüşə ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz artıraraq 35,6 milyon dollara çatdırıb.

Yenicag.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Avqust ayında Türkiyə Azərbaycana sement və şüşə ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 4,9 faiz artıraraq 4,2 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-avqust aylarında Türkiyənin sement və şüşə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artaraq 3,7 milyard dollara bərabər olub.

Bu ilin avqust ayında Türkiyə 475,3 milyon dollar məbləğində sement və şüşə ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 13,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2021- avqust 2022) Türkiyə 5,3 milyard dollar məbləğində sement və şüşə ixrac edib.