Reklam

Reklam

Türkiyənin “Harp Arge” şirkəti Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə mübarizə üçün nəzərdə tutulmuş “Drone Killer” silah sistemini satıb.

Trend-in şirkətə istinadən verdiyi məlumata görə, bundan başqa, sistem elektromaqnit maneələrinin qoyulmasında da istifadə olunur.

Müvafiq razılaşma “Harp Arge” şirkətinin Azərbaycana ilk ixrac təcrübəsidir.

Bu sistemin Azərbaycanın güc strukturlarında uğurla sınaqdan keçirildiyi bildirilir.

PUA-ların neytrallaşdırılması üçün nəzərdə tutulan “Drone Killer” silahı 2,4 GHz və 5,8 GHz tezliyində yüksək sürətli elektromaqnit maneələrindən istifadə edir. Bununla da PUA ilə idarəetmə mərkəzi arasında əlaqə, həmçinin GPS sistemi pozulur.

Bu sistemdən Türkiyənin Silahlı Qüvvələrində, Milli Kəşfiyyat Xidmətində, eləcə də digər güc strukturlarında istifadə olunur.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 69
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."