Türkiyə Azərbaycana yeni minatəmizləmə maşınları göndərir

Türkiyədən Azərbaycana yeni minatəmizləmə maşınları göndərilir.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə istehsalı olan 20 ədəd mexaniki minatəmizləmə avadanlığının (MEMATT) ilk partiyası Kayseridən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus yük təyyarəsi Bakıya yola salınıb.