Türkiyə Azərbaycanın hər zaman yanında oldu və olmağa davam edəcək – Erkan Özoral

Ermənistanın son hücumları, ümumiyyətlə bu ölkənin aqressiyası qəbul edilməzdir.

Yenicag.az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərnə görə, bu gün səhər saatlarında Azərbaycanın bir çox kəndlərinə Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başladığı xəbəri aldıq:

“İtki və yaralı olduğu xəbəri bizi məyus etdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı ilə bağlı demək istəyirəm ki, Türkiyə Azərbaycanın hər zaman yanında oldu və olmağa davam edəcək”.

O qeyd edib ki , Ermənistanın bu işğalını dayandırmağın vaxtı çatıb və bütün dünya bunu bilməlidir.