!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyə “Barış pınarı” ilə əmin-amanlıq gətirdi

!Reklam – Yazi

Türkiyə Milli Müdafiə Nazirliyi “Barış pınarı” əməliyyatının keçirildiyi bölgədə açılan 390 məktəbdə 34 min 946 şagirdin təhsilini davam etdirdiyini bildirib.

Yenicag.az xəbər verir ki, Milli Müdafiə Nazirliyinin “Twitter” hesabında bölgədəki təhsil həyatı ilə bağlı məlumatlar yer alıb.

Məlumatda qeyd edilir ki, məktəbləri dağıdan, tunellər qazan, təhsil ocaqlarını qərargah halına gətirməklə günahsız uşaqların təhsil haqlarını əllərindən alan PKK/YPG-nin açdığı yaralar sağalmaqda davam edir: “Bu çərçivədə “Barış pınarı” əməliyyatının keçirildiyi bölgədə 390 məktəb açılıb, 34 min 946 şagird təhsilini davam etdirir.”

Digər tərəfdən, Müdafiə Nazirliyi “Barış pınarı” əməliyyatının keçirildiyi bölgədə 25 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğunun məhv edildiyini, günahsız insanların həyatına qəsd edən PKK/YPG terror təşkilatı tərəfindən basdırılan partlayıcı qurğuların aşkarlanaraq məhv edilməyə davam ediləcəyini vurğulayıb./Avropa.info/

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv